​Daha bir məktəbdə sağlam qidalanma ilə bağlı maarifləndirici tədbir keçirilib

​Daha bir məktəbdə sağlam qidalanma ilə bağlı maarifləndirici tədbir keçirilib
11:43 14.06.2024
2409 Layihə
A- A+

“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasını davam etdirir.


Newscenter.az xəbər verir ki, layihə çərçivəsində iyunun 13-də paytaxtın Nizami rayonundakı 210 saylı məktəbdə 70 nəfərə yaxın şagirdin və məktəbin müəllim heyətinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.


Görüşü giriş sözü ilə açan “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihə və layihə çərçivəsində bu günə qədər görülən işlər barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi İctimai Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihə həyata keçirir. Layihənin məqsədi məktəblərdə şagirdləri qida təhlükəsizliyi barədə maairfləndirmək, onlarda sağlam qidalanmanın zəruriliyi barədə bilgi formalaşdırmaqdır.


Daha sonra çıxış edən təlimçi Ruhiyyə Mehdiyeva qida təhlükəsizliyinin vacibliyi, qidalanma zamanı diqqət edilməli olan əsas xüsusiyyətlər barədə danışıb. Bildirib ki, hər bir şəxs sağlam qidalanmaya üstünlük verməlidir. Əks təqdirdə qida zəhərlənmələri kimi mənfi fəsadlar ortaya çıxa bilir.


Daha sonra çıxış edən sağlam qidalanma üzrə ekspert, Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova qida təhlükəsizliyinin yay mövsümündə xüsusilə aktual olduğunu deyib. Bildirib ki, hər bir şəxs yediyi, içdiyi məhsulların keyfiyyəti. saxlanma şəraiti, istifadə tarixinə xüsusi diqqət etməlidir. Məhsəti Hüseynova 3 ağ zəhərdən mümkün qədər uzaq durmağı, yaxud onlardan minimum səviyyədə istifadə etməyi tövsiyə edib. Qeyd edib ki, bunlar un, şəkər və duzdur.


Ekspert market və dükanlardan ərzaq alarkən mal qonşuluğu prinsipinə diqqət etməyin vacibliyini vurğulayıb. Bildirib ki, əksər marketlərdə malların vitrinı, yaxud soyuducuya qoyulması zamanı mal qonşuluğu prinnsipinə əməl edilmir. Bu da öz növbəsində sağlam qidalanmaya öz mənfi təsirini göstərir.


Daha sonra çıxış edən digər ekspert, Qida Təhlükəsizliyi Hərəkatını həmtəsisçisi, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev sağlamlığa zərər verəcək əsas risklər barədə danışıb. Bildirib ki, istənilən qida məhsulu sağlamlığa zərər verəcək üç əsas riskdən azad olmalıdır ki, istehlaka yararlı olsun:


"İlk növbədə fiziki risklər dayanır. Bunlar qida məhsullarında olması arzuolunmaz olan yad maddələrdir (daş, torpaq, metal, şüşə, sümük, ağac, saç və s.). Bunlar həzm sisteminə zərər verir. İkincisi, kimyəvi risklərdir. Bunlar baytarlıq və kənd təsərrüfatı dərmanlarının qalıqları, yuyucu vasitə qalıqları, ətraf mühit mənbələrindən ötürülə bilən ağır metallar və ya qida emalı mərhələlərində əmələ gələn bəzi zərərli birləşmələr və s. Bunlar təbii olaraq qidalarda olan və ya xaricdən qidalara qarışdırılmış və ya əlavə edilmiş kimyəvi maddələrin yaratdığı təhlükələrdir. Kimyəvi risklər metal zəhərlənməsinə, xərçəngin əmələ gəlməsinə və qan parametrlərinin pisləşməsinə səbəb olur. Üçlüncüsü, mikrobioloji risklərdir. Zərərvericilərin çirklənməsi qidalarda mikroorqanizmlərin (bakteriya, kif, virus, parazit kimi) və onların qoyub getdiyi bəzi zəhərli maddələrin olması ilə əlaqədardır". Ekspertlərin çıxışlarından sonra görüş diskussiya şəklində davam edib.


Tədbirin gedişi əsnasında iştirakçılara maarifləndirici xarakter daşıyan bukletlər paylanıb, sonda iştirakçılar üçün çay süfrəsi açılıb.