​Bakıda “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” mövzusunda konfrans  keçirilib

​Bakıda “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” mövzusunda konfrans  keçirilib
16:46 28.06.2024
827 Ölkə
A- A+

28 iyun 2024-cü il tarixdə Bakı şəhərində “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  «Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində növbəti tədbir baş tutmuşdur. Tədbir Sosial Tədqiqatlar Mərkəzinin konfrans zalında keçirilib.

Tədbiri giriş nitqi ilə Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory Sahib Məmmədov,  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd N. Abbasbəyli açıblar və iştirakçıları salamlayaraq layihənin məqsədi və görülən işər barədə məlumat verib, layihənin, o cümlədən tədbirin həayat keçirlməsində əməyi keçə hər kəsə- işçi heyətə, ekspertlərə və s. minnətdarlıq bildiriblər.

    Daha sonra “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” kitabının təqdimatını kitabın tərtibatçısı Xalid Ələkbərov həyata keçirib,  ekspert Sahib Məmmədov  layihə çərçivəsində reallaşan sosialoji tədqiqat işinin nəticələri barədə və digər ekspert İlham İsmayılov isə “Müasir dövrdə “Qafqaz evi” ideyasının perspektivləri və regionda sülüh və təhlükəsziliyə təsiri”  mövzularında çıxış ediblər.

   Dəyirmi masa işini iştiarkçılar arasında müzakirələrlə davam edib, suallar cavablandırılıb. İştirakçılar mövzu ətrafında çıxış edərək, mövzunun aktuallığını, region dövlətlərinin və xalqlarının qonşuluq şəraitində yaşaması, sülhün və təhlükzəusliyi baxımından əhəmiyyəti vurğulamış, görüləcək işlər və problemlətr bbarədə öz fikirlərini  bölüşüblər.

 Sonda təbri iştirakçılarına və Sosial-Tədqiqatlar Mərkəzinə “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” kitabı hədiyyə edilib. Məqsəd həmin təşkilaatlar vasitəsi ilə kitabın, həmçinin təşəbbüsün regionda yayılmasına nail olmaqdır.

2879288128822880