​Keçmiş məcburi köçkün qadınlar öz icmalarında sülh prosesinə cəlb olunacaqlar

​Keçmiş məcburi köçkün qadınlar öz icmalarında sülh prosesinə cəlb olunacaqlar
21:30 22.07.2024
2133 Layihə
A- A+

Gəncə Regional Qadın Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sülh səfirləri” layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi məcburi köçkün icmalarından seçilmiş “Sülh səfirlərinin” iştirakı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən inteqrasiya və reinteqrasiya imkanlarına töhvə verilməsidir. Layihə çərçivəsində Gəncə şəhəri Qəsəbə-1-də yaşayan Kəlbəcər icmasından 17-35 yaşlı 25 qadın 5 günlük təlimdə bilik və bacarıqlarını artıracaq, keçmiş məcburi köçkün qadınlar sülh prosesinə daha yaxından cəlb olunacaq və təşəbbüs qrupu şəklində məcburi köçkün icmalarında maarifləndirmə yolu ilə həmvətənlərinin Qayıdış prosesində iştiraklarına dəstək verəcəklər.

Layihə çərçivəsində layihə iştirakçılarına ilk mövzuda - “Liderlik və İdarəetmənin Əsasları mövzusunda təlimi keçirildi. Təlimdən əvvəl iştirakçıların liderlik haqqında bilikləri qiymətləndirildi, sonra isə iştirakçılara Liderlik və onun xüsusiyyətlərindən danışıldı. İştirakçılarla qrup işləri aparıldı və əldə etdikləri məlumatlar qiymətləndirildi. Təlimlər müxtəlif mövzularda eyni auditoriya üçün davam edəcəkdir.