​CASCFEN türk dünyası ilə bağlı layihənin icrasına başlayıb

​CASCFEN türk dünyası ilə bağlı layihənin icrasına başlayıb
10:48 08.08.2024
3298 Siyasət
A- A+

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasına başlayıb.

CASCFEN-dən verilən məlumata görə, müasir türk birliyinin əsasının qoyulduğu Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı bir sıra tədbirlərin reallaşdırılacağı layihə 01.08.2024 - 31.10-2024-cü il tarixlərini əhatə edir.

Məlumatda qeyd edilib ki, layihə çərçivəsində Naxçıvanda və Türkiyənin Eskişehir şəhərində konfransların (hər şəhərdə bir konfrans), həmçinin Naxçıvan məktəbliləri arasında inşa yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. 

Eyni zamanda, layihə çərçivəsində mövzu ilə bağlı üç məqalənin hazırlanması və həmin məqalələrin həm Azərbaycanda, həm də digər türk dövlətlərinin birində onlayn mediada dərci nəzərdə tutulub. Qeyd edilib ki, konfranslarda türk dünyasından tanınmış şəxslərin iştirakı nəzərdə tutulub, həm də hazırlanacaq məqalələrdə türk dövlətlərindən olan diplomat, deputat, media təmsilçilərinin fikirləri öz əksini tapacaq.