​Bakıda “Unudulmuş xalq sənətkarlığının təbliği” adlı satış-sərgi keçirilib

​Bakıda “Unudulmuş xalq sənətkarlığının təbliği” adlı satış-sərgi keçirilib
15:12 12.08.2024
A- A+

10-11 avqustda Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin (GHD) təşkilatçılığı ilə Park Bulvar AVM-də xeyriyyə məqsədi ilə “Unudulmuş xalq sənətkarlığının təbliği” adlı satış-sərgi keçirilib. Təşkilatçılar Ziyarətçiləri xalq sənətkarlıq məmulatlarının gözəlliyi ilə sevindiriblər. Sərgidə qədim sənətkarlıq nümunələri göstərilmiş və milli-mənəvi dəyərlərimizə təsirlərindən bəhs edilmişdir.

Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin rəhbərliyi bu şəraitin yaradılması üçün Park Bulvar AVM-in direktoru Ali Yukselə təşəkkür edib.

00:00

00:00