​Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

​Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
23:05 18.10.2024
82 Sosial
A- A+

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 18 oktyabr 2024-cü il tarixində Binəqədi rayonunun Xocəsən qəsəbəsi Çingizxan və Universitet küçələrində 1750 ədəd Eldar şamı ağacları əkilmişdir.
Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, rayonun ekoloji tarazlığının qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.