​Belarus Dövlət Pedaqoji Universitetində Nar bayramı qeyd olunub

​Belarus Dövlət Pedaqoji Universitetində Nar bayramı qeyd olunub
17:10 02.11.2024
339 Ölkə
A- A+

Noyabrın 1-də Belarus Dövlət Pedaqoji Universitetində ənənəvi Nar bayramı qeyd olunub. "Diaspornews.az" xəbər verir ki, bayramın təşəbbüskarı Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, təşkilatçısı isə Belarusun Azərbaycan İcmaları Konqresi olub. Bayramın keçirilməsində məqsəd Azərbaycan və Belarus xalqlarının təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirməkdir və eyni zamanda BDPU-nın qarşıdan gələn 110 illik yubileyinə təsadüf edir.

“Azərbaycan icmasının nümayəndələri öz mədəniyyətlərini belaruslarla və başqa millətlərin nümayəndələri ilə bölüşürlər. Sevindirici haldır ki, aparıcı pedaqoji universitetin Azərbaycan mədəniyyətinin nümayəndələri ilə belə sıx əlaqələri var. Bizim dostluğumuz ölkədə sabitləşdirici amildir”, - deyə tədbirdə Dini və Milli Məsələlər üzrə Müvəkkili Aleksandr Rumak bildirib.

Nar bayramı artıq ikinci ildir ki, BDPU-da qeyd olunur. Universitetin rektoru Aleksandr Jukun dediyi kimi, qurum elm, təhsil və mədəniyyət sahəsində azərbaycanlı tərəfdaşlarla sıx əməkdaşlıq edir: “2014-cü ildə Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzi yaradılıb. Universitetimizdə Azərbaycan dili mərkəzi açılıb. Azərbaycanlı tələbələr Belarus xalqının hərbi şöhrəti olan yerlərə yürüşlərdə iştirak edirlər. Digər maraqlı layihələr həyata keçirilir.

Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev Azərbaycan adət-ənənələrinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib: “Nar bizim sərvətimizdir. Çalışacağıq ki, bu bayram Belarusda da populyar olsun”.

Təşkilatçılar Belarus Dövlət Pedaqoji Universitetinin yaradıcı qruplarının iştirak  ilə konsert proqramı hazırlayıblar. Belə ki, Belarusun “Yarıtsa” xalq mahnı və rəqs ansamblı, eləcə də “Qaudeamus” xorunun ifaları dinlənilib. Azərbaycanın milli rəqslərini “Qafqaz” və "Sarı gəlin" rəqs qrupları ifa edib. Bundan başqa Azərbaycan dilində də şeir və mahnılar səsləndirilib.

Həmçinin bayramın qonaqları Azərbaycanın tanınmış rəssamı Toğrul Nərimanbəyovun nar təsvirli rəsmlərinin reproduksiyalarından ibarət sərgi ilə də tanış ola bilərlər.

Tədbirdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin, BMT-nin Belarus Respublikasındakı səfirliyinin, Belarusun Azərbaycan İcmaları Konqresinin, Belarusdakı UNİCEF-in, Türkmənistanın Bahar Mədəniyyət və Təhsil Fondunun nümayəndələri və digər fəxri qonaqlar iştirak ediblər.

Azərbaycan dünyada yeganə ölkədir ki, burada 70-dən çox nar növü bitir. 2020-ci ildə UNESCO Nar Festivalını Bəşəriyyətin Şifahi və Qeyri-Maddi Mədəni İrsin şah əsərlərindən biri elan edib.

image-whatsapp-image-2024-11-02-at-12-44-18_45c925cf image-whatsapp-image-2024-11-02-at-12-44-18_d2f89fdb image-whatsapp-image-2024-11-02-at-12-44-18_d4826ae4 image-whatsapp-image-2024-11-02-at-12-44-19_1d792901 image-whatsapp-image-2024-11-02-at-12-44-19_1f244151

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 22 kopiya

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 05 kopiya 1

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 11 kopiya

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 10 kopiya kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 19 kopiya

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 27 kopiya

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 38 kopiya

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 48 kopiya

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 15 kopiya

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 08 kopiya

 

kultura bgpu azerbajdzhanskie tradiczii stolyarov 25 kopiya