​Millət vəkili Tamam Cəfərova Şamaxı RİH başçısı ilə birlikdə növbəti səyyar qəbul keçirib

​Millət vəkili Tamam Cəfərova Şamaxı RİH başçısı ilə birlikdə növbəti səyyar qəbul keçirib
22:51 22.11.2024
355 Siyasət
A- A+

Millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə rayonun Çuxuryurd kəndində səyyar qəbul keçiriblər.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Çuxuryurd kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Çuxuryurd kənd sakinləri tərəfindən əsasən elektrik təsərrüfatında və su təminatında problemlər, kənd ərazisində yeni evlərin tikilməsi üçün torpaq sahələrinin ayrılması və kəndin mərkəzi küçəsində avtobus dayanacaqlarının quraşdırılması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.