ABŞ-da rəsmi şəkildə qeydiyyatdan keçmiş Mira TV, fəaliyyətini yalnız Amerika Birləşmiş Ştatlarında baş verən ictimai, siyasi və sosial hadisələrin işıqlandırılmasına həsr edən bir xəbər kanalıdır. Lakin bu kanalın missiyası təkcə məlumat ötürmək deyil – o, eyni zamanda, ABŞ-da yaşayan azərbaycanlı icmasının səsini dünyaya çatdırmaq, onların diaspor fəaliyyətini görünən etmək və bu istiqamətdə nümunəvi bir media platformasına çevrilməkdir.
Mira TV yalnız ABŞ xəbərlərini yayımlasa da, bu xəbərləri Azərbaycan dilində təqdim etməklə, dünyanın dörd bir yanındakı soydaşlarımız üçün bir informasiya pəncərəsi və əlaqə vasitəsi rolunu oynayır. Kanal, Azərbaycan diasporasının ABŞ-dakı gündəmini izləyən, onları tanıdan və eyni zamanda Vətənə bağlılığını qoruyan bir mətbuat təmsilçisidir.