​“Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrasına yekun vurulub

​“Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrasına yekun vurulub
15:33 25.08.2025
13 Layihə
A- A+

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi tərəfindən 01 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçirilən “Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrası sona catıb.

Birliyin sədri və layihə rəhbəri Rauf Rəcəbovun sözlərinə görə, layihə Azərbaycanın ucqar dağ rayonlarından biri olan Lerikdə reallaşdırılıb və əsas məqsəd informasiya texnologiyalarına çıxışı məhdud olan gənclərin maarifləndirilməsi eləcə də onların  kompüter savadlılığını artırmaq,müasir dövrün tələblərinə uyğun rəqəmsal bacarıqları formalaşdırmaq,gəncləri texnologiya vasitəsilə cəmiyyətə daha fəal inteqrasiya etməyə təşviq etmək idi.Təlimləri peşəkar mütəxəssislər — Riyad QaraxanovElmar Rəcəbzadə həyata keçiririblər. Gənclərə aşağıdakı sahələr üzrə praktiki biliklər verilib:

  • Ofis proqramları: Microsoft Windows, Word
  • Kompüter qrafikası: Adobe Photoshop, Illustrator, Figma, CorelDRAW
  • Foto redaktə: Adobe Lightroom
  • Video montaj: Adobe Premiere Pro, After Effects, DaVinci Resolve

Rauf Rəcəbov bildirib ki, layihə əsasən həssas təbəqədən olan 14–17 yaş arası yeniyetmə və gəncləri əhatə edib. “Gənclərimizi müasir texnologiyalarla tanış etmək, onların bu sahədə bacarıqlarını formalaşdırmaq, eyni zamanda gələcək karyeralarına sağlam təməl qoymaq bizim üçün önəmlidir. Ənənəvi tədris metodları ilə yanaşı, rəqəmsal bacarıqlar bu gün daha çox tələb olunur”, – deyə layihə rəhbəri qeyd edib.

Layihə gənclərin dünyagörüşünü genişləndirmək, onları informasiya cəmiyyətinə adaptasiya etmək və gələcəkdə əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına dəstək məqsədi daşıyıb.

Təlimlərin sonunda fəal iştirakçılara Sertifikatlar təqdim olunub.