​“Dünya görür ki, biz savaşmağı, zəfər qazanmağı bacardığımız kimi, yaratmağa, tikməyə də qadirik” - MÜNASİBƏT BİLDİRİLDİ

​“Dünya görür ki, biz savaşmağı, zəfər qazanmağı bacardığımız kimi, yaratmağa, tikməyə də qadirik” - MÜNASİBƏT BİLDİRİLDİ
21:07 25.08.2025
A- A+

“Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcər rayonuna səfəri və bu səfər zamanı rayonda görülən işlərlə tanışlıq, bir sıra əhəmiyyətli obyektlərin açılışı, təməl qoyma mərasimləri və Kəlbəcər şəhərinin sakinləri ilə görüş, onlara mənzillərin açarlarının təqdim edilməsi və s. bağlı xəbərləri həmişə olduğu kimi ölkə ictimaiyyəti maraqla və ruh yüksəkliyi ilə qarşıladılar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd N. Abbasbəyli deyib.

Əhməd N. Abbasbəyli sözlərinə belə davam edib: “Birmənalı olaraq demək olar ki, bu hadisələr təkcə kəlbəcərlilər üçün deyil həm də bütün Azərbaycan vətəndaşları üçün sevindirici olmaqla yanaşı, həm də tarixi, iqtisadi, sosial və siyasi mahiyyət daşıyır. İşğaldan azad olunmuş digər şəhər və rayonlarımızda olduğu kimi, ölkəmizin ən füsunkar ərazilərindən biri olan Kəlbəcərdə də yeni infrastruktur obyektlərinin, yolların açılışı və s. 32 ildən artıq erməni əsirliyində olmuş, vəhşiliyə, vandallığa məruz qalmış, binalarının və tikililərinin dağıdıldığı, evlərinin yandırıldığı, təbiətinə dağ çəkildiyi bu bölgəmiz də kompleks şəkildə sürətlə yenidən qurulur, dağlar qoynunda yerləşən bu qədim gözəl türk elində artıq yeni həyat başlayır. Həm də əvvəlkindən də daha gözəl, daha möhtəşəm və daha rahat həyat. Belə ki, Kəlbəcər, təbiətin ona bəxş etdiyi misilsiz gözəlliklərinin, nemətlərinin, zəngin, faydalı qazıntılarının, saysız sayda möhtəşəm tarix və mədəniyyət abidələrinin, sağlamlıq ocaqlarının mövcudluğuna, savadlı, bacarqılı, mərd, cəsarətli və zəhmətsevər insanlarının olmasına baxmayaraq tarix boyu infrastruktur, loqistika baxımdan Azərbaycanın ən mürəkkəb, əlçatmaz rayonu olmaqla yanaşı, əhalisinin yaşayış səviyyəsinə, iqtisadi durumu, sosial müdafiəsi və s. baxımından da heç də ön sıralarda olmayıb.

Lakin bu gün görülən işlər, yaradılacaq şərait və s. sanki, kəlbəcərlilərin indiyədək çəkdiklər əziyyətin, verdikləri maddi və mənəvi itkilərin, çəkilən otuz iki illik niskilin müqavilində bir kompensasiya, bir bəxşiş, bir hədiyyədir. Belə ki, ölkə rəhbərinin diqqəti, proseslərə həsas yanaşması nəticəsində rayonda böyük templə aparılan quruculuq işləri, çəkilən və çəkilməsi planlaşdırlan yüksək keyfiyyətli yollar, ən müasir Avropa standartalarına uyğun tikilən və tikiləcək evlər, sənaye obyektləri, kənd təsərrüfatının inkişafı üçün yaradılacaq şərait, qurulan digər infrastruktur obyektləri və s. bu rayonun əhalisinin daha firavan, daha xoşbəxt həyat sürəcəklərinə, onların dogma el-obalarına, ata-baba ocaqlarına qayıtmaq kimi sevincinə əlavə sevinc qatacağına zəmanət verir.

Onu da qeyd etmək lazımdır ki, bu proseslər həm də beynəlxalq səviyyədə kifayət qədər böyük informasiay yükünə, təsir effektinə malikdir. Kimsə bunu pafos, boğazdanyuxarı deyilmiş sözlər kimi dəyərləndirərək, “ölkənin hər hansı bir rayonunda evlərin. tikilməsinin və s. hansı beynəlxaql əməmiyyəti ola bilər?” kimi qərəzli və primitiv sual verə bilər. Həmin insanlara xitabən, daim istər canlı, istərsə də virtual olaraq beynəlxalq səviyyədə, xarici ekspertlərin, politoloqların, iqtisadçıların, sadəcə müxtəlif ölkələri təmsil vətəndaşların, fəqrli düşüncə sahibi olan insanların iştirakı və müşahidəsi ilə çox sayda forumların, disskusiyaların, müzakirələrin, mükalimələrin iştirakçısı olaraq deyirəm ki, əgər əvvəllər, üzdənıraq qonşularımız də daxil olmaqla, düşmənlərimiz, bəzi gözləri bizi götürməyənlər və s. ədalətsiz olaraq, bizi bacarıqsızlıqda, tənbəllikdə qınayan, “bazarda alver etməkdən başqa əlimizdən heç gəlmədiyini” deyən, “tikməkdə deyil, dağıtmaqda mahir olmaqda” ittiham edənlər, bu cür böhtanlar atmağa, qarayaxmalara əl atırdılarsa, dil uzada bilirdilərsə, artıq bunu etməkdən çəkinir, çarisizliklərini nümayiş etdirirlər. Biz necə ki, 2020-22-ci illərdə müharibə etməyi, zəfər qazanmağı bacardığmızı, hərb sahəsində məharətimizi dünyaya sübut etdiyimiz kimi, işğaldan azad etdiyimiz ərazilərdə dağıdılmış şəhər və kəndlərimizi bərpa etməklə, qısa müddətdə yeni nəhəng obyektlər, komplekslər yaratmaqla tikməyi, yaratmağı da bacardığımızı sübut edirik. Bütün beynəlxalq ictimaiyyət, hətta bizə paxıllıq və qısqanclıq edənlər, uğurlarımızı həzm edə bilməyənlər belə nail olğumuz fantastik ururları qeyd edir, azərbaycanlıların deyil, əksinə qarşı tərəfin dağıdan, məhv edən, vandal olduğunu etiraf etməli olurlar. Daha doğrusu biz bunu onlara öz fəaliyyətimizlə məcbur edirik”.