​ Heydər Piriyev türk rektorla GÖRÜŞDÜ

​ Heydər Piriyev türk rektorla
14:24 26.10.2021
271 Toplum
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə SÜLH.İNFO.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğu bildirilərək, hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımların atılacağı vurğulanıb.

Qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında brifinq təqdim olunub.