Avropanın fərqli ölkələrindən olan siyasətçilər Saakaşvilinin azad olunmasına çağırış ediblər.
SÜLH.İNFO xəbər verir ki, məktub Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentlərinə ünvanlanıb.
Bəyanata imza atan 72 siyasətçi arasında Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var.
Siyasətçilər bəyanatda Gürcüstandakı böhranın bitməsi üçün Saakaşvilinin azad olunması gərəkdiyini bildiriblər.