​Gəncədə Şəhid anası intihara cəhd etdi

​Gəncədə Şəhid anası
19:37 26.10.2021
318 Hadisə
A- A+

Gəncə şəhərində intihara cəhd hadisəsi olub.

 

SÜLH.İNFO.az xəbər verir ki, Məmmədova Vüsalə Gülbala qızı bu gün müxtəlif dərman vasitələri içərək intihara cəhd edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib. 

Faktı hüquq-mühafizə orqanlarından təsdiq ediblər. Məsələ ilə bağlı araşdırma aparıldığı deyilib. 

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Vüsalə Məmmədova Vətən müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anasıdır.