​Yapon şahzadəsi Mako sevgisinə görə taxt-tacdan imtina etdi, xalq ayağa qalxdı FOTOLAR

​Yapon şahzadəsi Mako sevgisinə görə taxt-tacdan imtina etdi, xalq ayağa qalxdı
19:53 26.10.2021
303 Dünya
A- A+
Oktyabrın 26-da səhər Yaponiyada vəliəhd şahzadə Akişinonun böyük qızı şahzadə Mako tələbə yoldaşı Kei Komuro ilə evlənib. Sənədlər cütlük adından Tokionun Şibuya Rayon Bələdiyyəsinə İmperator Ev Təsərrüfatı İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilib. Bununla əlaqədar olaraq, imperator sarayının ev kitabına müvafiq qeyd edilib və Şahzadə Mako imperator ailəsini tərk eləyib. O, indi Komuro soyadını daşıyacaq.
 
SÜLH.İNFO.az xəbər verir ki, Tokioda toyla əlaqədar 130-a yaxın insanın iştirakı ilə dinc etiraz aksiyası keçirilib. Etirazçılar yürüşə Utivaiviç stansiyasının yaxınlığında yerləşən parkın mərkəzi girişindən başlayıblar. Marşrut şəhərin küçələri ilə təxminən 2 kilometr təşkil edib. Vətəndaşlar "imperator ailəsini qorumaq” üçün şahzadənin evlənməsinə icazə verməməyi tələb ediblər.
 
Keçmiş şahzadə Mako Komuro ilə birlikdə evlilikləri ilə bağlı narahatlıqlarına görə xalqdan üzr istəyib. Onun sözlərinə görə, bu evliliklə bağlı müxtəlif fikirlər var. Bununla belə, bu, cütlük üçün "evlilik həyatını davam etdirmək və qəlblərini qorumaq üçün zəruri bir qərar” olub.
 
Komuro özü Makoya sevgisini etiraf edib. O, insanların bu çətin anlarda onlara dəstəyini də vurğulayıb.
 
Kay Komuro və Şahzadə Makonun nişanı ilk olaraq 2017-ci ilin sentyabrında elan edilib. Toy 2018-ci ilin noyabrına planlaşdırılıb. Lakin bu hadisədən 6 ay əvvəl bəyin anasının borcları ilə bağlı qalmaqal yaşanıb.