​49 yaşlı usta tikintidən yıxılıb ÖLDÜ

​49 yaşlı usta tikintidən yıxılıb
10:40 27.10.2021
288 Hadisə
A- A+
Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişov işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölüb.
 
Prokurorluqdan SÜLH.İNFO.az -a verilən məlumata görə, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılıb.
 
Nəticədə baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.