​Bu kartların satışı dayandırılır - BNA

​Bu kartların satışı dayandırılır
11:51 27.10.2021
232 Toplum
A- A+
"BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır.
 
Bunu SÜLH.İNFO.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
 
Onun sözlərinə görə, buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir:
 
"Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur".