​İcra başçısı şəhidin anım günündə iştirak etməyib? - AÇIQLAMA (FOTO)

​İcra başçısı şəhidin anım günündə iştirak etməyib?
13:10 27.10.2021
365 Toplum
A- A+
Sosial şəbəkədə Gədəbəy rayon icra başçısı vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyevin Vətən Müharibəsinin şəhidi Elfaq Nağıyevin anım gününə qatılmaması ilə bağlı xəbər yayılıb.
 
Bakupost.az xəbər verir ki, bu barədə şəhidin qardaşı Elvan Nağıyev Feysbukdakı paylaşıma şərh yazaraq bildirib:
 
“Hər kəs gərək, olduğu kimi danışa. İstər rayon rəhbərliyi, istərsə də yanında gələn digər dövlət işçiləri nə qardaşımın məzarını ziyarət etdi, nə də məktəbdəki anım tədbirinə qatıldı”.
 
Məsələ ilə bağlı Gədəbəy rayon İH-ilə əlaqə saxladıq.
 
SÜLH.İNFO.az-ın xəbərinə görə, İcra Hakimiyyətinin Humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırov Bakupost.az -a bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
 
“Şəhid Elfaq Nağıyevin anım mərasimində rayon rəhbərliyinin iştirak etməsi ilə bağlı paylaşım və şəkillər icra hakimiyyətinin Feysbuk səhifəsində var. Əgər mərasimdə rayon rəhbərliyi, dövlət qurumları iştirak etməyibsə, o zaman şəkillər harada çəkilib?”.
 
Şəhidin dayısı Sarvan Tağıyev  açıqlamasında məsələyə aydınlıq gətirib:
 
“İcra Hakimiyyəti hər zaman bizə diqqət göstərib. Anım günündə icra başçısı gəlib iştirak etdi, oturdu, bizimlə maraqlandı. Sadəcə səhhətində problem olduğu üçün məzar ziyarətində iştirak edə bilmədi”.