Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
SÜLH.İNFO.az-ın xəbərinə görə, “Haber Global” məlumat verir ki, Türkiyə lideri Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük işgüzar səfəri uğurla başa vurduqlarını qeyd edib.
“Qardaş Azərbaycanda sonuncu dəfə iyun ayında olmuşam. Qardaşım İlhamla Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda görüşdüm.
Türkiyə başçısı Füzuli Beynəlxalq Hava Limanı barədə də danışıb:
“Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə üstünlük təklif etmək potensialına malikdir. Azərbaycanın regionun inkişafını prioritet hesab etmək iradəsinin təzahürü olan və çox qısa müddətdə başa çatdırılan bu mühüm nəqliyyat mərkəzinin fəaliyyətə başlamasında əməyi olan hər kəsi təbrik edirəm”.