Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
SÜLH.İNFO.az fərmanın mətnini təqdim edir:
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2603; 2020, № 5, maddə 562) 2.3.1-ci yarımbəndinə “məqsədilə” sözündən sonra “, habelə dövlət və ictimai məqsədli məsələlərlə əlaqədar” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 15 oktyabr tarixli 386-VIQD nömrəli Qanununun tətbiqi və “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 8.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur.
2. "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 510; 2020, № 12 (I kitab), maddə 1460) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “8.2-ci maddəsində və” sözləri əlavə edilsin;
2.2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin Qanunun 8.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur;”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 15 oktyabr tarixli 386-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.