Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Azərbaycan bu sahədə sistemli addımlar atır.
SÜLH.İNFO - nun xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdikləri birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın icrası tələb olunur. Azərbaycan öz öhdəliklərinə əməl edir və edəcək”.