Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SÜLH.İNFO.az report-a istinadən xəbər verir ki, Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.
Belə ki, məhkəmə R.Əkbərovdan 40 010 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarıb.
Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsinin və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
17:04
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
SÜLH.İNFO.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edib.
Vəkil müdafiə etdiyi şəxsə qarşı qaldırılan ittihamların heç bir aidiyyatı yoxdur və ona bəraət verilməsini xahiş edib.
Təqsirləndirilən şəxs Rövşən Əkbərov da həmin gün o restaranda olmadığını və Elçin Əliyevin qətlində əlinin olmadığını deyib. O məhkəmədən onun haqqında bəraət qərarı çıxarılmasını istəyib.
Məhkəmə müşavirəyə gedib.