​Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU

​Türkiyə PUA-larına embarqo qoyan şirkət
20:38 27.10.2021
283 Dünya
A- A+

Vətən müharibəsində Azərbaycan ordusunun Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadə etməsindən sonra Kanada Türkiyəyə silah embarqosu tətbiq edib. Qərar “L3 Wescam” və “Telemus Systems” kimi şirkətlərin Türkiyəyə zərbə tipli PUA-larında istifadə edilən hissələr ixrac etməsinin qarşısı alıb.

SÜLH.İNFO.az xəbər verir ki, embarqo qərarı Kanada şirkətlərinin milyonlarla dollar itirməsinə səbəb olub.

Kanada hökumətinin Türkiyəyə silah embarqosu tətbiq etməsindən sonra “Telemus Systems” şirkəti müflis olub. Şirkətin yeganə müştərisi Türkiyə Aerokosmik Sənaye şirkəti (TUSAŞ) idi və “Anka” PUA-larında istifadə edilən kəşfiyyat sistemləri istehsal edirdi.

Şirkət 2021-ci ilin ilk 7 ayında heç bir gəlir əldə etməyib.

“Telemus Systems”in iflas hesabatındakı yer alan açıqlamalara görə, Kanada Xarici İşlər Nazirliyi 2020-ci ildə Kanada hökuməti adından Türkiyəyə hərbi məhsul və texnologiyaların ixracı üçün ixrac icazələrini dayandırıb. Bu, yeganə müştərisi TUŞAŞ olan şirkətin iflasına gətirib çıxarıb.