​Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzaladı

​Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə
21:11 27.10.2021
595 Layihə
A- A+

Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb.

SÜLH.İNFO.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Ələt iqtisadi zonası ölkəyə investisiyaların artımına və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək: "Artıq bu layihəyə investisiyalarla bağlı 13 ölkə ilə müvafiq sazişlər imzalanıb. Bu ölkələrin sayının artırılması üçün danışıqlar aparılır".

Nazir müavini əlavə edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə böyük əməkdaşlıq potensialına malikdir.