​Bill Qeytsdən sonra Bezos da Türkiyə sahillərində göründü: Təsadüf, yoxsa... – VİDEO

​Bill Qeytsdən sonra Bezos da Türkiyə sahillərində göründü: Təsadüf, yoxsa... –
21:55 27.10.2021
356 Maraqlı
A- A+

196.7 milyard dollarlıq sərvətilə dünyanın ən varlı ikinci adamı sayılan Ceff Bezos Türkiyə sahillərində görünüb.

SÜLH.İNFO.az xəbər verir ki, “Amazon”un təsisçisi “'Flying Fox” adlı lüks yaxtası ilə Ege və Aralıq dənizi sularında üzüb.

Uzunluğu 136 metr, çəkisi 9.1 ton olan yaxta alman mühəndisləri tərəfindən hazırlanıb. Onun dəyəri 400 milyon dollardır.

Qeyd edək ki, bir neçə gün öncə dünyanın ən zənginlərindən olan Bill Qeyts də Türkiyəyə səfər edib. Dəbdəbəli yaxtası ilə ölkənin ərazi sularında səyahət edən “Microsoft”un qurucusu İzmirdəki tarixi kilsə və Efes məbədini ziyarət edib.

Multimilyarderlərin təxminən eyni zaman kəsiyində qardaş ölkəyə təşrif buyurması konspiroloji nəzəriyyə tərəfdarlarında haqlı olaraq müəyyən suallar doğurub. Lakin hər iki səfərin təsadüf olub-olmaması barədə qəti söz demək olduqca çətin dir.