İspaniya dövlət televizyasının aparıcısı canlı efirdə işlətdiyi irqçi ifadələrə görə işdən qovulub.
SÜLH.İNFO.az xarici mediaya istinadən xəbər verir ki, "RTVE" telekanalının aparıcısı Lorena Gonzalez canı efirdə Real Madirinin yeni transferi Eduardo Camavinga-nın imza mərasimini şərh edərkən irqçi çıxışı ilə ölkədə gündəm olub. Aparıcı futbolçu haqqında "Bu adam kostyumundan da qaradır" - deməsi ölkədə etiraza səbəb olub. Bu sözlərdən sonra aparıcı işdən çıxarılıb.
Məsələ ilə bağlı açıqlama yayan telekanal Camavinga-dan üzr istədiklərini, lazım olan tədbirlərin görüləcəyini bildirib.