Azərbaycanda zəlzələ olub.
Bu barədə SÜLH.İNFO.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:00-da İsmayıllı rayonunda, Pirquli stansiyasından 17 km cənub-qərbdə İsmayıllı ərazisində 3 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.