4 yaşlı Murad Həsənov qan xərçəngindən əziyyət çəkir. Xəstəliyi 20 gündür aşkarlanan Muradın həyatda qalması üçün köməyinizə ehtiyacı var.
Bu barədə SÜLH.İNFO.az-a Muradın anası Adilə Həsənova məlumat verib.
“Leykoz xəstəliyi ilə mübarizə aparan Muradın ilkin müalicəsinə 10 min manat lazımdır. Müalicənin davamı üçün 90-100 min manat lazım olacaq. Hazırda Bakıda xəstəxanada ağır müalicələr alan Muradımın sağalması üçün maddi köməyinizə ehtiyacı var. Cənab prezidentdən, uşaqların xilaskarı Mehriban xanım Əliyevadan, Leyla xanımdan kömək istəyirəm. Balamı xilas etsinlər, dözə bilmirəm. Balaca canı ilə ağrı çəkdiyini görmək bir ana üçün dözülməzdir. İmkanlı şəxslərdən xahiş edirəm, kömək etsinlər. Balam hələ körpədir. O da böyümək, uşaqlarla oynamaq istəyir”, - Adilə Həsənova bildirib.
Gözləri önündə övladının şam kimi əriməsinə dözməyən, çarəsiz qalan ana dövlətimizdən və imkanlı şəxslərdən kömək istəyir. Allahdan Murad balamıza şəfa diləyirik, balamıza kömək etmək istəyənlər Muradın atası Rafael Həsənovla əlaqə saxlaya bilərlər: 051 756-56-78