Əgər respublikada konstitusiya dəyişsə, istefaya getməyə hazıram.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarksiyan RBK-ya müsahibəsində deyib. O, prezident idarəçilik sisteminin geri qayıtmasına tərəfdar olduğunu bildirib:
“Ölkə əhalisi prezident üsul-idarəsinə vərdiş edib. Əhali parlament demokratiyasını anlamaqda çətinlik çəkir”.