​Məleykə Abbaszadə özəl kursları tənqid etdi

​Məleykə Abbaszadə özəl kursları
15:29 28.10.2021
254 Toplum
A- A+

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özəl tədris kurslarının keçirdikləri sınaq imtahanlarını tənqid edib.

SÜLH.İNFO.az xəbər verir ki, DİM sədri sosial şəbəkədə canlı yayım zamanı valideynlərə müraciət edərək bildirib ki, onlar internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının əldə etdikləri nəticələri əvvəldən qiymətləndirə bilərlər:

“Kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində kodlaşdırma və digər vərdişləri əldə edə bilirlər. Bu baxımdan, kağız daşıyıcısında olan imtahan daha əlverişlidir. Belə imtahanı aparan kifayət qədər özəl kurslar var. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Burada qiymətləndirmə təkcə skanerlə hesablamaq deyil. Biz açıq suallar da təklif edirik və onları ekspertlər qiymətləndirirlər. Ona görə də, özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.