​Ermənistan inadla 1926-cı ilin xəritəsini masaya gətirmək istəyir - Həmin il nə baş vermişdi? - FOTO

​Ermənistan inadla 1926-cı ilin xəritəsini masaya gətirmək istəyir -
18:45 28.10.2021
591 Qarabağ
A- A+

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin hansı xəritəyə əsasən aparılması ilə bağlı razılıq yoxdur. Lakin qeyd edib ki, Üçtərəfli İşçi Qrupu xəritənin müəyyənləşməsi istiqamətində müzakirə aparır. 

SÜLH.İNFO.az Sfera.az-a istinadən xəbər verir ki, mövzuyla bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı açıqlamada bildirib ki, diqqət çəkən əsas məqam Qriqoryanın 1920-ci illərin xəritəsinə istinad edilməsidir:

"Ermənistan mediası sərhədin 20-ci ilin xəritələri əsasında aparılacağını yazmışdı. Qriqoryan bu informasiyanı təsdiqləmir, lakin əlavə edir ki, Ermənistan və Azərbaycan SSR arasında sərhədin demarkasiyası prosesi məhz 1920-ci illərdə başladı və sonrakı xəritələr də o illərin məlumatlarına əsasən tərtib olunub. Dərhal da əlavə edir ki, 1920-ci illərin xəritələrinin tamamilə Ermənistanın maraqlarına zidd olduğu fikri ilə razı deyil.

Qriqoryanın açıqlaması Bakının 1920-ci illərin xəritələrinin əsas götürülməsi istəyində olduğundan xəbər verir. Hərçənd, 1920-ci illərin xəritələri ilə bağlı Bakı və İrəvanın fərqli yanaşması olduğu istisna deyil;

- Ermənistan 1926-1929-cu ilin xəritələrinə əsasən delimitasiyasının aparılmasını istəyir: Bu illərdə Azərbaycan SSRİ-nin otlaq və əkin sahələri böyük ölçüdə Ermənistan SSRİ-yə verilib;

- Azərbaycan məhz 1921-cı ildə mövcud olan xəritə əsasında aparılmasını istəyir: Bu, Ermənistan SSRİ-yə otlaq sahəsi kimi verilən ərazilərin da qaytarılması ilə nəticələnə bilər;

Ekspert qeyd edib ki, 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistan SSRİ-yə verilib;

Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qorçevan kəndi, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri; nəticədə Naxçıvanın ərazisi 5988 kvadrat kilometr azaldı. Bu, Türkiyə və Rusiya arasında 1921-ci ildə imzalanan Moskva və Qars müqaviləsinə də ziddir. Sərhədlərin delimitasiyası 1921-ci ilin əsasında aparılarsa, Ermənistana qanunsuz verilən əkin və otlaq sahələrinin qaytarılmasına nail ola bilər və bu, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin bir qismi Azərbaycan sərhədlərinə daxil ediləcək”.