Xalası qızı Sənay Yağmuru zorlamaqda şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin anası Sürəyyə Ağayeva səslənən iddialarla bağlı danışıb.
SÜLH.İNFO.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən S.Ağayeva bildirib ki, həmin gün bacısı Zümrüd ona zəng edərək qızı Sənayın çöldə qaldığını, getməyə yeri olmadığını deyib: “Mənə dedi ki, Əsgərə denən evə getsin, Sənay orada qalsın. Həmin vaxt Əsgər layihə yazırdı, Zümrüdə dedim ki, özün zəng elə, danış. Onlar danışıblar, Əsgər də deyib ki, gəlib qalsın. Bizim evin birinci mərtəbəsində ancaq mətbəx yerləşir, ikinci mərtəbədə yataq otaqlarıdır.
Onların şikayətindən sonra da Əsgərlə danışdım. Dedi ki, Sənayla aralarında heç bir yaxınlıq olmayıb. Deyirdi o, mənim bacımdır, bacım olaraq da qalacaq. Səhər də durub gülə-gülə kofe içiblər. Sonra Sənay deyib ki, onlayn konfransa qoşulmalıdır, ardınca da hotelə gedəcəyini deyib. O gedəndən sonra Əsgər ona zəng edərək evdən çıxdığını deyərək gəlib-gəlməyəcəyini soruşub. Qız da hələ işi olduğunu deyib. Bu olanlar ötən il avqustun 24-də olub, Zümrüdgil avqustun 27-də şikayət etdilər".
S. Ağayeva deyir ki, istintaq vaxtı Sənay və Əsgərin telefonundan 3 aylıq zəng və mesaj tarixçələri götürülüb: "Onların arasında bir dəfə də zəngləşmə, mesajlaşma aşkar olunmadı. Polis də, prokurorluq da işi dəfələrlə, uzun müddət araşdırdı. Cinayət olmadığı üçün iki dəfə işə xitam verildi”.
Əsgər Ağayevin anasının sözlərinə görə, oğlu da ona böhtan atıldığını deyir: “Məndən soruşurlar ki, bacı bacıya necə şər ata bilər? Deyirəm ki, əgər qız ataya, ana öz ərinə şər atırsa, mənim oğluma niyə şər atmasınlar?”
Xatırladaq ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Əsgər Ağayev Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.