​Əli İnsanovdan hakimiyyətə jest - Dövlət qeydiyyatına alınan HƏP dialoqa razılıq verdi

​Əli İnsanovdan hakimiyyətə jest - Dövlət qeydiyyatına alınan HƏP
20:59 28.10.2021
313 Siyasət
A- A+

Xəbər verdiyimiz kimi, keçmiş siyasi məhbus Əli İnsanovun qurucusu olduğu Haqq və Ədalət Partiyası dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən Əli İnsanovun partiyasının qeydiyyata alınması gözlənilməz olduğu üçün çoxlu suallara səbəb olub.

Bu arada isə HƏP-in hakimiyyətlə dialoqa getməsi barədə söhbətlər yayılıb.

SÜLH.İNFO.az xəbər verir ki, Əli İnsanov partiyanın Ali Məclis sədri Zəlimxan Məmmədliyə PA-nın şöbə müdiri Ədalət Vəliyevlə danışıq aparması üçün səlahiyyət verib.

Görünür, Əli İnsanov HƏP-i qeydiyyata alan hakimiyyətə bu qərarıyla jest edib.