Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən SÜLH.İNFO.az-a bildirilib ki, Bərdə şəhərində ümumi sahəsi 640 kvadratmetr olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb.
Qeyd olunub ki, bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
***
Bərdədə çoxmənzilli binada yanğın baş verib.
SÜLH.İNFO.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.
Əraziyə yanğınsöndürən briqada cəlb olunub. Ətraf binalardan əhali təxliyə edilib. Qonşu rayonlardan kömək üçün əlavə qüvvə çağırılıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürülüb.