​Sahibə Qafarova Mustafa Şentopa təbrik məktubu GÖNDƏRDİ

​Sahibə Qafarova Mustafa Şentopa təbrik məktubu
09:53 29.10.2021
239 Siyasət
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa Cümhuriyyət Bayramı münasibəti ilə təbrik məktubu ünvanlaaz yıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SÜLH.İNFO.az-a verilən məlumata görə, o, Mustafa Şentopu və onun simasında Türkiyə Böyük Millət Məclisinin üzvlərini, həmçinin qardaş Türk xalqını milli bayram - Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə öz adından və Milli Məclisinin bütün üzvləri adından təbrik edib, daimi rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıb.

S.Qafarova tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliyini ifadə edib.