"Dünya Səhiyyə Təşkilatı istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıqlar edib. Arzumuz və istəyimiz budur ki, qapanmalar yenidən olmasın".

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində danışıb.

"Əgər qarşıdakı bir-iki ay ərzində yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlər düşündüyümüzdən qat-qat çox ola biləcəyi il bağlı ehtimallar var. Bu ehtimala uyğun şəkildə dövlətin aidiyyəti orqanları həm brifinq keçirmək, həm də yeni qərarlar vermək səlahiyyəti var. Bu hüquqdan cəmiyyətin daha böyük təhlükə almaması üçün istifadə oluna bilər",-deyə komitə sədrinin müavini əlavə edib.