​Bakıda koronavirusa görə bağlanan məktəbin FƏALİYYƏTİ BƏRPA OLDU

​Bakıda koronavirusa görə bağlanan məktəbin
10:45 29.10.2021
274 Toplum
A- A+

Koronavirusun yayılmasına görə distant təhsilə keçən Bakıdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

SÜLH.İNFO.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.