​Ötən gün 148 nəfər toylara BURAXILMAYIB

​Ötən gün 148 nəfər toylara
10:59 29.10.2021
241 Toplum
A- A+

Oktyabrın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 66 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, monitorinq 62 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

-148 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.