​"18 Oktyabr qeyri-iş günü olmalıdır" - Deputat

​
12:30 29.10.2021
226 Toplum
A- A+

"Biz 28 May gününü qeyri-iş günü elan edirik, bu gün bizim üçün bir dəyərdir”.

SÜLH.İNFO.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də qeyri-iş günü olmalıdır. “18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün də qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir. Qeyri-iş günü hesab olunmursa, bunun səbəbi izah edilməlidir”, - deyə deputat bildirib.

Deputat Əli Məsimli də bu təklifi dəstəkləyib.