​Dövlət Komitəsindən İmişlidəki hadisə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

​Dövlət Komitəsindən İmişlidəki hadisə ilə bağlı
18:16 29.10.2021
412 Hadisə
A- A+

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu SÜLH.İNFO.az-a açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.

"Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır".

***

Azərbaycanda 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib.

SÜLH.İNFO.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə İmişli rayonunda qeydə alınıb. 

Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 

Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.