Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Stone Construction” QSC (VÖEN - 1600914951) olub.
SÜLH.İNFO.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Təhsil İdarəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinə görə “Stone Construction” QSC-yə 4 milyon 517 min 630 manat ödəyəcək.
Nizamnamə kapitalı 2010 manat olan “Stone Construction” QSC-nin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur. QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pros., ev 29-da yerləşir.
Qeyd edək ki, 4 milyon yarımlıq tenderin qalibi olan QSC-nin 8 min 552 manat 94 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.