Hindistan Çinlə sərhədə bu yaxınlarda ABŞ-dan aldığı silah sistemlərini, o cümlədən helikopter və artilleriya qurğularını yerləşdirib.
SÜLH.İNFO.az "The Economic Times"- a istinadən xəbər verir ki, Butan və Tibetlə sərhəddə yerləşən Tavanq ərazisində ABŞ istehsalı “Chinook”, 155 millimetrlik M-777 haubitsaları cəlb olunub.
Bununla yanaşı, ərazidəki hərbi hissələrin hərbçilərinə ABŞ-dan yeni alınan “SIG Sauer 716” silahları paylanılıb.