​Bu ölkədə 3-11 yaşlı uşaqlara da vaksin vurulacaq

​Bu ölkədə 3-11 yaşlı uşaqlara da vaksin
09:11 30.10.2021
242 Dünya
A- A+
Kolumbiyada oktyabrın 31-dən etibarən 3-11 yaş arasında olan uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq.
 
SÜIH.İNFO.az -ın məlumatına görə, bu barədə ölkə prezidenti İvan Duke “Twitter” hesabında yazıb.
 
Przident bildirib ki, oktyabrın 31-dən etibarən ölkədə keçirilən Uşaqlar Günü çərçivəsində sözügedən yaş qrupları üçün Cin istehsalı olan “Sinovac” peyvəndindən istifadə ediləcək.
 
Qeyd edək ki, bu günədək Kolumbiyada 12-17 yaş arası yeniyetmələr peyvənd olunublar.
Bu yaş qruplarına isə “Pfizer” və “Moderna” peyvəndləri vurulub.
 
Xatırladaq ki, ölkədə pandemiya başlayandan bəri 4,9 milyon insan koronavirusa yoluxub, 127 min nəfər ölüb.