​Evində toy məclisi təşkil edən şəxs cərimələndi

​Evində toy məclisi təşkil edən şəxs
10:00 30.10.2021
259 Toplum
A- A+

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Nazırlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.