Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tuttuğu vəzifədən azad olunub.
Bu barədə Sülh.İnfo.az-a Ə.Qasımov özü məlumat verib.
"Yaş həddinə görə işimə xitam verildi. Hazırda işdən ayrılmışam və evimdəyəm"- deyə Ə.Qasımov bildirib.
Məlumat üçün qeyd edək ki, Ə.Qasımov on ildən artıq idi Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışırdı. Hazırda direktor vəzifəsini onun müavini əvəz edir.