​Qubadlının əkin sahələri minalardan tam təmizləndi

​Qubadlının əkin sahələri minalardan tam
14:20 30.10.2021
312 Toplum
A- A+

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti nümayəndələri iştirak ediblər.

Müvafiq qurumlar tərəfindən prioritetlərə əsasən qarşıya qoyulmuş plan üzrə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi işləri, eləcə də əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı (2020-ci il 10 noyabr tarixindən 28 oktyabr tarixinədək 5 917 ha ərazi təmizlənmiş, 26 931 ədəd mina və PHS aşkar edilmiş, carı ilin oktyabr ayı ərzində isə 381.13 ha ərazi təmizlənmiş, 1 846 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) barədə məlumat təqdim edilib. Azərenerji ASC-nin sifarişi əsasında Ağdam elektrik xətti və Qubadlı rayonu ərazisində əkin sahəsi tam təmizlənib və iki layihə üzrə ümumi sahəsi 1 020 ha təşkil edən ərazi aidiyyəti üzrə təhvil verilib. Həmçinin, FHN-nin 5 baş minaaxtaran itləri ANAMA tərəfindən akkreditasiyadan keçirilərək təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən Ağdam və Füzuli rayonları istiqamətində cari ilin 28 oktyabr tarixinədək ümumilikdə 1 161 632 kv.m ərazi təmizlənmiş və 3 490 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Ərazilərin minalardan təmizlənməsi işinə 33 nəfər FHN minaaxtaranı cəlb edilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən oktyabr ayı ərzində 25 ha ərazi təmizlənmiş, 40 ədəd mina və partlamamış hərbi sursat (noyabr 2020-ci ildən 28 oktyabr tarixinədək 312 ha ərazi təmizlənmiş, 3058 ədəd mina və PHS) aşkar edilərək zərərsizləşdirilmişdir.

Təmizlənmiş ərazilərin məlumat və koordinatlarının müvafiq sənədlər üzərində qeyd olunması qaydalarına dair ANAMA tərəfindən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti nümayəndələrinə humanitar minatəmizləmə fəaliyyətində məlumatların idarəolunması təlimlərinin keçirilməsi üzrə fikir mübadiləsi aparılıb. Azərbaycanda icra edilən minatəmizləmə əməliyyatlarında istifadəsi üçün təqdim olunan mexaniki vasitələr və minatəmizləmə avadanlıqlarının işğaldan azad edilmiş ərazilərdə fərqli relyef şəraitində test edilməsi, eləcə də test nəticələrinə dair rəy və təkliflər əsasında hesabatlar hazırlanaraq vahid texniki siyasətə uyğun olaraq alınması məsələləri müzakirə olunub. 2022-ci ilin tədbirlər planına uyğun olaraq qurumların işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə dair məlumatlarının müəyyən edilməsi vurğulanıb. Müvafiq istiqamətlərdə aparılan mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri və göstərilən ümumi fəaliyyət nəticəsində son aylarda mina hadisələrinin azalmasının müşahidə olunduğu qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir