İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə yerləşən hərbi nöqtələri raket zərbələri ilə vurub.
SÜLH.İNFO.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Hücumlar zamanı Əsədə rejiminə bağlı 2 hərbçinin yaralandığı bildirilir.
“Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən atılan raketlərin bir neçəsi məhv edilib”, - məlumatda vurğulanıb.