Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden oktyabrın 31-də görüşəcək.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat paylaşıb.
Görüş zamanı F-35 təyyarələri, geopolitik vəziyyət və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Bayden və Ərdoğan "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.