​Qarabağda yol tikintisi bu tarixdə başa çatacaq - Topaloğlu

​Qarabağda yol tikintisi bu tarixdə
10:59 31.10.2021
286 Toplum
A- A+

Türkiyənin "Proyapı" şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın üç il ərzində başa çatacağını gözləyir.

SÜLH.İNFO.az xəbər verir ki, bunu şirkətin layihə meneceri Volkan Topaloğlu Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Proyapı" 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:

"Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq "Zəfər yolu"nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk".