Aparıcı Xoşqədəm Hidayətqızı şəxsi həyatı ilə bağlı açıqlamları ilə diqqət çəkib.
Xoşqədəm Hidayətqızı sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb.
- Əkizləriniz Türkiyədə yaşayırlar. Onlardan ayrı qalmaq çətindir?
- Təbii ki, çox çətindir. Türkiyədə məktəbə gedirlər.
- Niyə uşaqlarınız Azərbaycan məktəbinə getmirlər?
- Bu, artıq bizə aid olan məsələdir.
- Sizi daha çox nə xoşbəxt edir?
- Ailəm və işim.
- Sizə pislik edənlər çoxdur, soyuqqanlılığınızı necə qoruyursunuz?
- Dürüst, vicdanlı və özgüvənli insanlar ağıl və təmkinləriylə qalib olur.
- Sizin paxıllığınızı çəkməkdə səbəb nədir?
- Əgər sizi qısqanırlarsa, sevinin. Çünki uğurlu insanlar qısqanılır.
- Güclü olmağınızın səbəbi nədir?
- Özümə, sözümə və dürüstlüyümə güvənim.
- Gözəlliyinizin sirri nədir?
- Pisliklərdən uzaq olmağım. Ailəm, işim və idman sayəsində yaşa meydan oxuyuram.
- Uğurunuzun sirri nədir?
- Özün olmaq, vicdanını itirməmək, başqasının "kopya"sı olmamaq, kimsəni qısqanmadan çalışmaq...